Saxta “Vyetnam mazı” aşkarlanıb

Azərbaycanda saxta "Vyetnam mazı” aşkarlanıb. Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Səhiyyə Nazirliyi tərəfindən ünvanlanmış müraciətə əsasən, üzərində Vyetnamın "Danafa Farmasyutikal SC istehsalçısı göstərilib, "Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 120621AZ, yararlıq müddəti: 21.06.2026-cı ilədək, "Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 190808AZ, yararlıq müddəti: 07.08.2024-cü ilədək və "Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 481108, yararlıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələrin ekspertizası aparılıb.
Digər 2 sınaq nümunəsi - "Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 190808AZ, yararlıq müddəti: 07.08.2024-cü ilədək və "Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 481108, yararlıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələr Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməmiş və qablaşmaları təsdiqlənməyib. Həmçinin, sözügedən nümunələrin təqdim olunan seriyaları Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində analiz edilməyib və idxalına icazə məktubu verilməyib. Sözügedən nümunələrin tərkibində "levomentol”, "kamfora”, "sineol” və "evgenol” adlı fəal təsiredici maddələrin mövcudluğu müəyyən edilsə də, həmin maddələrin miqdarının istinad edilən normativ sənədlərdə göstərilmiş tələblərə uyğun olmadığı təsbit edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























