Masallı RPŞ-də polis mayoru bölmə rəisinə atəş açıb? - DİN-dən açıqlama

Masallı Rayon Polis Şöbəsində silahlı insident baş verməsinə dair iddialar yayılıb. Bu barədə jurnalist Əfqan Sadıqov məlumat paylaşıb.
O bildirib ki, oktyabrın 8-də günorta radələrində Masallı RPŞ-də iki əməkdaş arasında silahlı insident yaşanıb.
"RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Xəzər Şahbazov əməliyyatçı polis mayoru İlqar Qasımovla mübahisə edərkən onu təhqir edib.
Bundan əsəbiləşən İlqar Qasımov "Makarov" silahından Xəzər Şahbazova 3 dəfə atəş açıb. Lakin əməliyyatçı polis serjantı Zamin Kazımovun müdaxiləsi nəticəsində atılan güllələr hədəfdən yan keçib”.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirdi ki, Masallı RPŞ-də silahlı insidentin baş verməsi iddiaları uydurmadır və heç bir əsası yoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























