Deputat bu qurumu tənqid etdi - Yeni gələn kadrlar özünü doğrulda bilmir

Ağcabədidə 115 artizan quyusu pis vəziyyətə düşüb, işləmir. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
"Hazırda 11 artizan quyusunun bərpasına pul ayrılıb. Kənd camaatı narazılıq edir. Deputatdan bərpa üçün dəstək istəyirlər. Məndə 50 min manat pul hardandır ki, bir artisan quyusunu bərpa edim? Şəmkirdə də eyni vəziyyətdir. Əkin sahələri yanıb gedir”, - Aqil Abbas bildirib.
www.anews.az

Deputat onu da vurğulayıb ki, su təsərrüfatı və meliorasiyanın keçmiş rəhbəri daha yaxşı çalışırdı.
"Yeni gələn kadrlar özünü doğrulda bilmir", - deputat deyib.
Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib