• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR adından keçirilən saxta kampaniyalarla bağlı tətbiqlər “Play Store”dan silinib

SOCAR adından keçirilən saxta kampaniyalarla bağlı tətbiqlər “Play Store”dan silinib
11.10.2022 23:30
Son zamanlar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) adından həyata keçirilən saxta investisiya kampaniyaları ilə bağlı saxta mobil tətbiqlər "Play Store”dan silinib. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev "Report” İnformasiya Agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ötən həftələrdə xidmətin "Google” ilə çox uğurlu əməkdaşlığı olub: "Bildiyiniz kimi, son zamanlar SOCAR adından saxta investisiya kampaniyaları həyata keçirilir və bununla bağlı "Play Store”da saxta mobil tətbiqlər mövcud idi. Biz bu tipli saxta tətbiqlərin silinməsi üçün "Google” şirkətinə müraciət etdik və onların silinməsinə nail olduq”.

Şahin Əliyev bildirib ki, eyni zamanda Elektron Təhlükəsizlik Xidmətinin onlayn xəritələrlə bağlı işləri də davam edir: "İstər Bakı şəhərində, istərsə də Azərbaycanın müxtəlif ərazilərində toponimlərin erməniləşdirilməsi halları müşahidə edilir. Tərəfimizdən "Google” şirkətinə edilmiş müraciət nəticəsində bu adların əksəriyyətinin dəyişdirilməsinə nail olmuşuq. İşğaldan azad olunmuş ərazilərdə təhrif olmuş Azərbaycan toponimlərinin bərpası istiqamətində də "Google” ilə danışıqlarımız davam edir”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyevin "Report”a müsahibəsinin tam mətnini buradan oxuya bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol