Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun təsdiqləndi

Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında təsdiq edilib.
Qanun layihəsini deputat Tahir Mirkişili təqdim edib.
Qanun haqqında deputatların geniş müzkirəsi olub.
Deputat Vüqar Bayramlı təklif edib ki, bəzi maddələrə dəyişiklik olması zəruridir.
"İnkişaf etmiş ölkələrdə "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun yoxdur, Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək layihələri var. Bu istiqamətdə də çox uğurlu nəticələr var. Təklif edirəm ki, qanun həm də starttapları dəstəkləsin. Çünki başqa ölkələrdə də bu pratika var. Sonuncu təklif kimi qanunda maliyyə təminatı ilə bağlı istiqamətin göstərilməsini zəruri hesab edirəm. Düşünürəm ki, bu ayrıca maddə kimi göstərilsin", - deputat bildirib.
Millət Vəkili Elşad Mirbəşir qanunun müzakirəsi zamanı təklif edib ki, qanunda ayrıca maddə ilə dövlət dəstəyi istiqamətlərindən biri kimi ixrac potensialının artırılması nəzərə alınsın.
Deputat Emin Hacıyev bildirib ki, layihədə kiçik, orta və böyük sahibkarlar arasında rejim müəyyən olunsun və hamı eyni hüquqa malik olmasın. Ortada bir fərqin olmasını zəruri hesab edib.
Lahiyənin müzakirələrinə təklif edənlərdən biri deputat Fəzail Ağamalı olub. O təklif edib ki, bu qanunun inkişafı üçün ayrıca bir bank təsis etməyə ehtiyac var. Çətinliklərin aradan qaldırılması üçün belə bir dəstəyə ehtiyac olduğunu vurğulayıb. Deputat onu da əlavə edib ki, vergi və güzəştlərin olması zəruridir.
Millət vəkili Qüdrət Həsənquliyevin fikrincə, qanun layihəsi qəbul edilərkən Azərbaycan reaıllığının sosial durumları nəzərə alınmalıdır.
"Azərbaycanda 150 minə qədər kiçik və orta sahibkar var. Bu qədər sahibkara bir dövlət qurumu kömək edə bilməz. Təklif edirəm ki, məsləhət mərkəzləri yaradılsın. Bizim qanunların işləmə mexanizmi yoxdur. Məsələn tenderlər formal xarakter daşıyır. Kiçik sahibkarlara kömək olmur. Çünki şəffaf mexanizm olmalıdır. Onu da qeyd edim ki, bura da bəzi qanunları qərb standartları ilə uyğunlaşdırırlar, amma nəzərə almırlar ki, sosial durumumuz qərb standartları ilə eyni deyil. Qanunlar qəbul edilərkən bu mövcud reallıqlar nəzərə alınmalıdır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























