Generalın 180 minlik əmlakı müsadirə olundu - Rütbəsi də alınacaq

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hökmə əsasən, 8 il həbs cəzası verilən Nizami Şirinovun general-mayor ali rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilməsi qərara alınıb. Bundan başqa onun 180 min manatlıq daşınmaz əmlakının müsadirə edilməsinə qərar verilib.
Nizami Şirinov Elcan Abdullayev və ElmanTahirov və N.Nəzirovla mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alıb, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunurdu.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























