• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell qalib jurnalistləri mükafatlandırdı

Azercell qalib jurnalistləri mükafatlandırdı
11.10.2022 17:55
Lider mobil operator 60-dan artıq jurnalist üçün ingilis dili kurslarını təşkil etdi.
 
"Azercell Telekom”un KİV nümayəndələrinin inkişafına və onların beynəlxalq mənbələrdən sərbəst istifadəsinə dəstək olmaq üçün təşkil etdiyi ingilis dili kurslarının növbəti raundu sona çatdı.
 
"Language Solutions” tədris mərkəzi ilə əməkdaşlıqda təşkil olunan təlimlər zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradıldı. Media işçilərinin iştirakı ilə Azercell şirkətinin baş ofisində keçirilmiş mükafatlandırma mərasimində kurslarda ən çox fəallıq göstərmiş üç jurnalistə rəqəmsal hədiyyələr təqdim olunub.
 
 Azercell 14 ildən artıq bir müddət ərzində jurnalistlər üçün pulsuz xarici dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə yerli jurnalistləri tanış etmək, eləcə də, təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur.
 
Azərbaycan mediasını hər zaman dəstəkləmək vədinə sadiq qalan Azercell-in KİV nümayəndələri üçün xüsusi təqdim etdiyi "Mediacell” tarifin paketindən bütün ölkə boyunca artıq 10 000-ə yaxın jurnalist yararlanaraq güzəştli şərtlərlə mobil xidmətlərdən istifadə edir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol