Bakı-Sumqayıt yolunda ağaclar kəsilir - FOTOLAR

Bakı-Sumqayıt yolunda, Bakı beynəlxalq avtovağzalından Sulutəpə qəsəbəsi istiqamətində yol kənarındakı şam ağacları bütünlüklə kəsilir.
Özünü yol idarəsinin işçisi kimi təqdim edən şəxs Musavat.com-un hadisə yerindəki əməkdaşına bildirib ki, bu, yolun genişləndirilməsi ilə əlaqədardır. O, ağacların kütləvi şəkildə kəsilməsini 2015-ci Avropa oyunlarına hazırlıqla əlaqələndirib.
Ərazidə yaşayan sakinlər iddia edirlər ki, onların köçürülməsinə hazırlıq gedir. Çünki, hökumət yeni açılacaq metro stansiyası ətrafında yaşayış evlərinin olmasını istəmir.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























