Yod qıtlığına səbəb nədir? - Ekspertlərdən açıqlama

Azərbaycan əczəxanalarında 2022-ci il sentyabrın sonundan müşahidə edilən yod qıtlığının səbəbi bu məhsulu Azərbaycana gətirən idxalçı şirkətin vaxtında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət etməməsidir. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.
"Son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprelində edilib. O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq", - qurumun yayımladığı məlumatda bildirilib.
AEM-də olan məlumata görə, Azərbaycan əsasən yodu Rusiyanın Yaroslavl farm fabrikindən, Ukraynanın Fitofarm şirkətindən və Türkmənistanın Sağlık Ezcaçılıq Müəssisəsindən alır.
Apteklərdə yodun qiyməti 40- 50 qəpik civarındadır.
Aptek işçisi Samirə Quliyeva bildirir ki, maydan bu yana depodan satışa yod daxil olmur, gətirilsə də, çox az miqdarda apteklərə paylanılır. Satışa daxil olan yod da dərhal bitir.
Terapevt həkim Aydın Əliyev əhalini yoda çatışmazlığı səbəbindən panikaya düşməməyə çağırıb.
"Bütün dəniz məhsullarında, tərəvəzlərdə, bir çox paxlalı bitkilərdə orqanizm üçün yetərli olan yod var. Vətəndaşların yodun onları qoruduğunu düşünməsi çox absurddur. Nüvə silahı istifadə olunarsa, yod kömək etməyəcək. İnsanlar yodu lazımsız yerə alıb evdə depolayırlar, bu zaman real istifadə üçün çatışmazlıq yaranır. Çatışmazlıqlar isə suni qiymət artımına gətirib çıxaracaq”, - həkim bildirib.
Həkimin fikrincə, əhalinin yoda olan ehtiyacı əsasən yerli istehsal hesabına ödənilir.
"Neftçala yod-brom zavodu uzun illərdir ki, fəaliyyət göstərir. 170 nəfər işçinin çalışdığı müəssisədə 2 əsas və 3 köməkçi sex mövcuddur. Hazırda istismara yararlı 100 quyunun 70-i istifadə olunur. Gün ərzində bu quyulardan 25 min kubmetr yod-bromlu su hasil edilir. Nəzərə alaq ki, 26 min kubmetr yod-bromlu sudan isə 1 ton yod alınır. Məhsul istehsalını artırmaq üçün yeni bir istehsal sahəsinin yaradılması da planlaşdırılıb. Bu sahə işə salındıqdan sonra zavodda məhsul istehsalını 2 dəfə artırmaq mümkün olacaq", - Əliyev bildirib.
Milli Məclisin deputatı Rüfət Quliyevin sözlərinə görə, Azərbaycanda dərman vasitələri planlı şəkildə qeydiyyata alınmalıdır.
"Araşdırmışam, Türkiyədə və bir çox Avropa ölkələində hər gün qeydiyyat aparılır. Hansı dərmandan az sayda qalıbsa, mütləq şəkildə qeydiyyata alınır və xəstəxanalara eyni zamanda apteklərə gətirilir. Bu işə biz də Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi sğorta nəzarət etməlidir. Dərman vasitələri planlı olmalıdır.
Deputat həmçinin dərmanların baha olmasının səbəblərini də açıqladı.
"Bəzi dərmanların qiyməti 2 manat olduğu halda, işbazlar süni şəkildə 200 manata qədər qaldırıb. Bundan başqa, apteklərdə qlükoza və fizioloji məhlul da yoxdur. Düzdür, bu mallar Ukraynadan gəlir, amma onları Türkiyədən də rahatlıqla əldə etmək olar", - Quliyev bildirib.

Aytac Zeynalova

Bakı əczəxanalarından birinin əməkdaşı bildirib ki, yod çatışmazlığı səbəbindən hazırda apteklər adam başına yalnız bir yod satır.
Digər aptekdə isə istənilən sayda yod satdıqlarını dedilər.
Bəzi əczaçılar isə ümumiyyətlə yodun satışda olmadığını söylədi.
Apteklərdə yodun qiyməti 40- 50 qəpik civarındadır.
Aptek işçisi Samirə Quliyeva bildirir ki, maydan bu yana depodan satışa yod daxil olmur, gətirilsə də, çox az miqdarda apteklərə paylanılır. Satışa daxil olan yod da dərhal bitir.
Terapevt həkim Aydın Əliyev əhalini yoda çatışmazlığı səbəbindən panikaya düşməməyə çağırıb.
"Bütün dəniz məhsullarında, tərəvəzlərdə, bir çox paxlalı bitkilərdə orqanizm üçün yetərli olan yod var. Vətəndaşların yodun onları qoruduğunu düşünməsi çox absurddur. Nüvə silahı istifadə olunarsa, yod kömək etməyəcək. İnsanlar yodu lazımsız yerə alıb evdə depolayırlar, bu zaman real istifadə üçün çatışmazlıq yaranır. Çatışmazlıqlar isə suni qiymət artımına gətirib çıxaracaq”, - həkim bildirib.
Həkimin fikrincə, əhalinin yoda olan ehtiyacı əsasən yerli istehsal hesabına ödənilir.
"Neftçala yod-brom zavodu uzun illərdir ki, fəaliyyət göstərir. 170 nəfər işçinin çalışdığı müəssisədə 2 əsas və 3 köməkçi sex mövcuddur. Hazırda istismara yararlı 100 quyunun 70-i istifadə olunur. Gün ərzində bu quyulardan 25 min kubmetr yod-bromlu su hasil edilir. Nəzərə alaq ki, 26 min kubmetr yod-bromlu sudan isə 1 ton yod alınır. Məhsul istehsalını artırmaq üçün yeni bir istehsal sahəsinin yaradılması da planlaşdırılıb. Bu sahə işə salındıqdan sonra zavodda məhsul istehsalını 2 dəfə artırmaq mümkün olacaq", - Əliyev bildirib.
Milli Məclisin deputatı Rüfət Quliyevin sözlərinə görə, Azərbaycanda dərman vasitələri planlı şəkildə qeydiyyata alınmalıdır.
"Araşdırmışam, Türkiyədə və bir çox Avropa ölkələində hər gün qeydiyyat aparılır. Hansı dərmandan az sayda qalıbsa, mütləq şəkildə qeydiyyata alınır və xəstəxanalara eyni zamanda apteklərə gətirilir. Bu işə biz də Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi sğorta nəzarət etməlidir. Dərman vasitələri planlı olmalıdır.
Deputat həmçinin dərmanların baha olmasının səbəblərini də açıqladı.
"Bəzi dərmanların qiyməti 2 manat olduğu halda, işbazlar süni şəkildə 200 manata qədər qaldırıb. Bundan başqa, apteklərdə qlükoza və fizioloji məhlul da yoxdur. Düzdür, bu mallar Ukraynadan gəlir, amma onları Türkiyədən də rahatlıqla əldə etmək olar", - Quliyev bildirib.
Neftçaladakı yod zavodu məhsulun keyfiyyətinə görə MDB ölkələri arasında birinci, yod rezervləri üzrə isə dünyada üçüncüdür.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022 ci ilin yanvar-iyul statistikasına görə, Azərbaycana 0,05 ton yod idxal olunub. Bunun üçün 5, 71 ABŞ dolları xərclənib. Həmin dövr ərzində 109,66 ton yod ixrac olunub, məbləği isə 7204,86 ABŞ dolları gəlir əldə edilib.
İSTİQAMƏT:5.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib