• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik Nərmini müalicə etdirmək istəyir - ölümündən sonra - ŞOK

Nazirlik Nərmini müalicə etdirmək istəyir - ölümündən sonra - ŞOK
12.04.2014 10:29
Nərmin Hüseynlinin dünyasını dəyişməsindən 21 gün sonra nazirlik ailəsinə yardım edəcəyi haqqında məktub göndərib.

Leykoz xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynlinin ölümündən sonra ailəsinin müraciətinə cavab gəlib.Yeniyetmənin müalicəsi üçün müxtəlif orqanlara müraciət edən ailə cavab məktubunu onun sağlığında deyil, 40 mərasiminə az qalmış alıb.Bu barədə məlumat sosial şəbəkələrdə müraciətin surəti ilə birgə yayılıb.Cavab məktubundan bəlli olur ki, Prezident Administrasiyası Səhiyyə Nazirliyinə müraciət edərək, xəstəyə köməklik göstərilməsi üçün xahiş edib.Həmin müraciətdə deyilir: “Xəstəni müvafiq mütəxəssislər tərəfindən tibbi müayinədən keçirib, müalicəsinin və dərman preparatları ilə müəyyən olunmuş qaydada təmin olunmasına köməklik göstərilsin”.Səhiyyə Nazirliyi də həmin müraciətə baxaraq müsbət rəy verib və yardım göstəriləcəyi ilə bağlı məktubu mərhumənin ailəsinin yaşadığı Sumqayıtdakı ünvana göndərib.Nərmin Hüseynli martın 10-da dünyasını dəyişib. Məktub isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri G.Poladov tərəfindən düz 21 gün sonra – martın 31-də imzalanıb. Prezident Administrasiyasının həmin müraciəti Səhiyyə Nazirliyinə nə zaman ünvanladığı isə məlum deyil.Səhiyyə Nazirliyi hələlik məsələ ilə bağlı heç bir açıqlama vermir (Axar.az).ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol