• $
  • €
  • ₽
  • ₺
  • £

MEDİA Agentliyi və Mətbuat Şurası yeni əməkdaşlığa start verib - Nə dəyişəcək?

MEDİA Agentliyi və Mətbuat Şurası yeni əməkdaşlığa start verib - Nə dəyişəcək?
12.10.2022 13:25
MEDİA Agentliyi və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə  bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.  Bu barədə MEDİA  yaydığı press relizdə bildirilir.

Memorandumu MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıb.  

"Sənədə əsasən, cəmiyyətdə media savadlılığının artırılması sahəsində birgə layihələrin icrası, jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların artırılması, mediada dərc olunan və ya  yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin, Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub",  - rezlizdə bildirilir. 
 
Media eksperti Seymur Kazımovun fikrincə, media savadlılığı haqqında qanunvericilik bazası yoxdursa, ortaya siyasi iradə qoyulmayıbsa  memorandumlar imzalamaq yolu ilə nə MEDİA, nə də Mətbuat Şurası qarşılarına qoyduqları vəzifələrə nail ola bilməyəcəklər. 

"Birincisi, Azərbaycanda media savadlılığı haqqında qanunvericilik bazası yoxdur. Eyni zamanda, bununla bağlı tədris proqramı, kurrikulum da mövcud deyil. Nəyin əsasında media savadlılığı istiqamətində çalışacaqlar? Yaxşı olardı ki, hökumətə və Milli Məclisə müraciət edilsin ki,bu istiqamət dövlətin prioritet məsələsinə çevsilsin. Azərbaycanda informasiya almaq ciddi problemə çevrilib. Əksər halda dövlət qurumları jurnalistlər, media quruluşları arasında ciddi ayrıseçkilik edirlər. Bunlar aradan qaldırılmalı və dövlət qurumlarına medianın bütün tərəfləri ilə əməkdaşlıq çağırışı edilməlidir. Medianın özünün belə bir imkanı yoxdur. Üçüncüsü, hüquqi tələb medianın qarşısında qoyulmalı deyil. Yuxarıda deyildiyi kimi, media mənsubları mütəmadi informasiya ilə təmin olunmalıdır. Zamanında buna əməl olunmadıqda, jurnalist informasiya almaq üçün müxtəlif yollar axtarışında olur. Çünki ona informasiya lazımdır",  -  Kazımov bildirib.
 
Media İnkişaf Agentliyi   Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2021-ci il yanvarın 12-də yaradılıb. MEDİA-nın nizamnamə fondu 285.405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına fəaliyyət göstərir.  Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şuras həyata keçirir. Cari rəhbərliyi isə Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor icra edir. 
 
Mətbuat Şurası 2003-cü il  martın 15-də yaradılıb. Qurumun rəhbəri  170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda seçilib. Şura 2003-cü il aprelin 24-də Ədliyyə Nazirliyi tərəfindən  qeydiyyata alınıb.

Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirmək, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.
 
Mətbuat Şurasının VIII qurultayında jurnalist Rəşad Məcid səsvermə nəticəsində Mətbuat Şurasının sədri seçilib. Buna qədər həmin vəzifəni Əflatun Amaşov icra edib.  
 
Gülnar Nazimqızı 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol