Sənay Yağmura təcavüz edən xalası oğluna hökm oxundu

İctimai fəal Sənay Qəhrəmanlını (Sənay Yağmur) zorlamaqda təqsirləndirilən xalası oğlu Əsgər Ağazadənin barəsindəki məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı cinsi təcavüzə məruz qalması barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi cinayət işi başlanıb. Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb. Əsgər Ağazadə Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























