Yol polisi sürücünü təqib edə bilərmi?

Millət vəkili Razi Nurullayev yol polisi əməkdaşlarını sürücüləri təqib edərək yollarda təhlükəli vəziyyət yaratmaqda qınayıb. O, bunu parlamentdəki son çıxışında bildirib. Millət vəkilinin bu fikri ekspertlərdə narazılıq yaradıb.
"Bəzi yol polisi əməkdaşları səbəbsiz yerə avtomobillərin arxasınca düşərək onları təqib edir. Avtomobili təqib etmək təhlükəlidir. Sürücü tabe olmursa, asanlıqla o avtomobili müəyyən etmək olur", - deputat vurğulayıb.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə, polis istənilən halda sürücünü təqib edə bilər.
"Qanunvericilikdə boşluq var. Çünki "Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsində sürücü cinayət törədib qaçırsa, polis razılaşdırılmış formada onu təqib edə bilər. Maddənin qeyd hissəsində göstərilir ki, nəqliyyat vasitəsinin dayandırılması fit çalma və jestlə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə sürücüyə saxla deyə bilər. Məcburi dayandırılma vasitələri qanunda tam aydın izah olunmasa da, yola "kirpi” atıb avtomobilin təkərlərini deşməklə onu saxlatdırmaq, süni sıxlıq yaratmaqla və ya maşının vurularaq dayandırlması kimi hallar tətbiq oluna bilər. Təsəvvür edin ki, sürücü narkotik vasitə qəbul edən şəxsi saxlamaq istəyir və qaçır. Bu vəziyyətdə heç bir radar, kamera bunu müəyyən edə bilməz. Polis təhlükəsizlik qaydalarını gözləməklə onu təqib etməlidir", - Elməddin Muradov bildirib.
Ekspert eyni zamanda deputatın fikirlərinin yanlış olduğunu da vurğulayıb.
"Deputat ağıllı bir fikir səsləndirsin, doğru arqumet ortaya qoysun. Ola bilsin ki, sürücülər müraciət edib. Deputatın real vəziyyətdən xəbəri olmadığı üçün gətirdiyi arqumetlər və dediyi fikirlər əsassızdır. Düzgünü təkilf etməlidir. Mən arqumet kimi deyirəm ki, təqib olunmalıdır, ancaq təhlükəsizlik qaydalarını qorumaq şərti ilə. Bundan başqa nömrələrin üzrərinə çip qoymuşdular. Niyə işləmir o çiplər? yeri gələndə yol polislərinə dronlar verilməlidir. Bu məsələyə istənilən halda Milli məclisin deputatları səs verməlidir. Dövlət guya bunu bilmir? qanunvericilikdə boşluq varsa, zəhmət çək, boşluğu aradan qaldır. Deputat deyilsən? niyə oturmusan orda?",- ekspert əlavə edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Bakı ərazisində yol polis əməkdaşları qanuna riayyət etməklə, qayda pozan sürücünü təqib edə bilər.
"Bakıda bu kimi hallara çox rast gəlinir. Yol polis əməkdaşları qanuna riayyət etməklə, qayda pozan sürücünü təqib edə bilər. Nəqliyyat vasitəsində bəlkə silah daşıyır, odlu silah gəzdirir və s. bu kimi halların qarşısı mütləq şəkildə alınmalıdır. Bu hallarda digər hərəkətdə olan sürücü və digər şəxslər üçün real təhlükə yaradır. Belə olan halda dövlət yol polis əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə, sürücünü təqib edə bilər",- Araz Əsgərli bildirib.
Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























