Qazilər nə veteranlıq statusu nə də əlilik ala bilmir- DEPUTAT

Milli Məclisdə şəhid və qazi ailələrinin problemini dinləmək üçün görüşlər keçirilməlidir, bu sözləri parlamentin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
www.anews.az
"Mən bu barədə parlamentin yaz sessiyasında da dedim. Amma bu məsələyə baxan olmadı. Qəbul keçirdiyim Quba və Xaçmazdan mənə xeyli sayda şəhid və qazi ailələri müraciət edib. Onlar nə veteranlıq statusu nə də əlilik ala bilmir. Getmədikləri qurum qalmayıb. Yanıma gələn qazilər əsa ilə gəzir. Bu adamların problemini kim və necə həll etməlidir? Təklif edirəm ki, Milli Məclisdə dinləmələr keçirilsin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri dəvət olusun”, - Vahid Əhmədov bildirib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























