Elçin Sadıqov Rasim Məmmədovun məhkəməsinə buraxılmadı

Vəkil Elçin Sadıqov müdafiəçisi olduğu, hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun məhkəməsinə buraxılmayıb. Bu barədə vəkil sosial şəbəkə hesabında paylaşım edib.
"Bakı Ağır Cinayətlər Məhkəməsinə sifariş veriblər ki, məni Rasim Məmmədovun məhkəmə iclasına buraxmasınlar. Qorxurlar ki, vəsatəti yenə qaldıraram”, -paylaşımda bildirilib.
"Baku Steel Company" şirkətinin sabiq direktoru Rasim Məmmədov külli miqdarda yeyintidə ittiham olunaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Məhkəmə zamanı onun vəkili Elçin Sadıqov da həbs edilib. Belə ki, vəkilin Rasim Məmmədovun ailəsindən jurnalist Əvəz Zeynallıya 20 min manat alınıb verilməsində iştirak etdiyi iddia olunub. Elçin Sadıqov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Elçin Sadıqov 1 həftəlik həbsdən sonra ev dustaqlığına buraxılıb. Hazırda onun barəsindəki cinayət işi üzrə istintaq davam edir.
Aytac
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























