Yaxın günlərdə delimitasiya komissiyasının görüşü olacaq- NAZİR

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti, üçüncü görüşü yaxın zamanlarda keçiriləcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın paytaxtı Astanada rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi üçtərəfli görüşdə deyib.
Bildirilib ki, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacibliyini vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























