• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov kredit sazişi imzaladı

Mikayıl Cabbarov kredit sazişi imzaladı
11.04.2014 22:20
Mikayıl Cabbarov Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in və Koreya İxrac-İdxal Bankının icraçı direktoru Seong-Hyeoung Yimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq Fondundan alınan kreditə dair razılaşma” və “Azərbaycan Respublikası Hökuməti və Koreya İxrac-İdxal Bankı arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün Kredit Sazişi” imzalanıb.Layihə əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanması və qeyri-neft sektorunun inkişafına dəstək vermək məqsədlərinə xidmət edir. Layihənin əsas hədəfləri ən yüksək müasir standartlara cavab verən peşə tədris sisteminin, gənclər və qadınlar da daxil olmaqla, bütün vətəndaşlar üçün yüksək səviyyəli peşəkar hazırlığın və iş imkanlarının yaradılmasını, yoxsulluğun azadılmasına dair səyasətə dəstək verilməsini, ölkənin əmək bazarının xarici işçi qüvvəsindən asılılığının azaldılmasını, həmçinin, xırda və orta sahibkarlığın inkişafına təkan verilməsini təmin etməkdən ibarətdir.Layihənin maksimal büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcək.Müasir peşə təhsili sisteminin yaradılmasına təkan verərəcək layihə çərçivəsində elektrik mühəndislyi, mexanika, avtomatlaşdırma, sənaye quraşdırılması, elektrik enerjisi, elektornika, avtomobil və inşaat sahələri üzrə kadrlar hazırlanacaqdır. Mərkəzdə 8 ixtisas üzrə tədris otağı, yeməkxana, yataqxana, mühazirə və ümumi iclas zalları inşa olunacaqdır. Bakı şəhərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrindən birinin bazasında yaradılacaq məkrəzdə 800 nəfər müvafiq ixtisaslara yiyələnə bilər.Koreyalı mütəxəssislər Peşə Tədris Mərkəzinin tikintisində, təchizatında, idarəolunmasında, eləcə də mühəndis-pedaqoji heyətin və müvafiq vəsaitlərin hazırlanmasında iştirak edəcəklər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol