• $
  • €
  • ₽
  • ₺
  • £

Binəqədidə sudan qanunsuz istifadə edilib- VİDEO

Binəqədidə sudan qanunsuz istifadə edilib- VİDEO
14.10.2022 20:30
Su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Binəqədi  qəsəbəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.
 
Nəzarət tədbirləri zamanı qəsəbənin Rəsulzadə küçəsində apartmant tipli çoxmənzilli yaşayış binasına qanunsuz su xəttinin çəkildiyi aşkarlanıb. Texniki şərt almadan və "Azərsu” ASC ilə müqavilə bağlamadan yaxınlıqdan keçən magistrala qeyri-qanuni qoşulan obyekt sahibinə xəbərdarlıq edilsə də, o, qanunsuz əməlindən əl çəkmək istəmir.
 
Xocasən qəsəbəsindəki "Xan” çay evində ilk baxışda hər şeyin qaydasında olduğu görünür. Obyektin sayğacı da var, müqaviləsi də. Amma sayğacdan bir damcı belə su keçmir.
 
Oxşar vəziyyət Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən Kratos restoranında da aşkarlanıb. Obyektin sayğacı olsa da, sahibkar tələbatının əsas hissəsini qeyri-qanuni çəkilmiş xətt vasitəsilə ödəyir. Aparılan nəzarət tədbirləri nəticəsində bir sıra fərdi yaşayış evlərinin də sudan qanunsuz istifadə etdiyi aşkarlanıb. Belə ki, Binəqədi qəsəbəsi 1-ci mədən ərazisində yeni tikilmiş fərdi yaşayış evləri yaxınlıqdan keçən 300 mm diametrli magistral paylayıcı su kəmərinə qoşulub.
 
Aşkarlanmış faktlarla bağlı fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. Eyni zamanda, bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təminatının pisləşməsinə səbəb olur.
 
"Azərsu” ASC abonentlərin nəzərinə bir daha çatdırır ki, belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu kimi halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
 
2022-ci ilin yanvar-sentyabrda  içməli sudan qanunsuz istifadə ilə bağlı "Azərsu” ASC üzrə 7216 fakt aşkarlanıb. Həmin hallar üzrə müvafiq olaraq 1 milyon 800 min kubmetr həcmində sərfiyyat bərpa olunub. İlin əvvəlindən Binəqədi rayonunda  aşkarlanmış 1528 qeyri-qanuni istifadə halının qarşısının alınması nəticəsində 374 min kubmetr  sərfiyyat bərpa olunub. Cari ilin yanvar-sentyabr aylarında sudan qanunsuz istifadə ilə bağlı 200-dək fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol