Mehriban Vəliyeva - Dərslik problemi həll olunub

Məktəblərdə dərslik problemi tam həll edilib. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
"Bu problem sentyabrın əvvəlində yaranmışdı. Bəzi məktəblərdə kitabların paylanmasında gecikmələr yaranmışdı. Artıq kitabların paylanması demək olar ki, tamamilə həll olunub"- idarə müdiri bildirib.
Son günlər sosial şəbəkələrdə və bir neçə təhsil ekspertlərinin açıqlamalarında bəzi məktəblərdə hələ də kitabların paylanması ilə bağlı məlumatlar paylaşılırdı. Bildirilir ki, oktyabr olmasına baxmayaraq şagirdlər hələ də kitablarla təmin edilməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























