• $
  • €
  • ₽
  • ₺
  • £

TKTA-da yeni TƏYİNAT

TKTA-da yeni TƏYİNAT
14.10.2022 16:02
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyasının (TAICEP) Resursların və Biliyin İdarə olunması Komitəsinin rəhbəri təyin olunub.  
 
Əsası  2013-cü ildə qoyulmuş Assosiasiyanın strukturuna İdarə Heyəti və yeddi işçi komitə daxildir. Assosiasiyanın qarşısında duran əsas məqsədlərə kvalifikasiya və peşə tanınması sahəsində beynəlxalq standartların formalaşması və inkişaf etdirlməsi, kvalifikasiyaların tanınması zamanı tətbiq olunan metodologiyaların və uğurlu təcrübələrin müəyyən olunaraq inkişaf etdirilməsi və üzv ölkələr arasında təşviq edilməsi, təhsil sahəsində fəaliyyət göstərən bütün təşkilatlarla işgüzar əlaqələrin qurulması daxildir.
 
Assosiasiyaya hələ ötən aylarda tamhüquqlu üzv seçilməsinə baxmayaraq, Agentlik təşkilatın işində aktiv və məhsuldar üzv kimi fəaliyyət göstərməkdədir ki, bu da öz növbəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə beynəlxalq səviyyədə kvalifikasiyaların tanınması sahəsində tətbiq edilən yenilik və metodologiyalardan operativ şəkildə xəbər tutmaq, ölkəmizin bu sahədəki uğurlarını və təcrübəsini beynəlxalq arenaya çatdırmaq və Assosiyanın işinin təşkilində fəal və aparıcı üzv kimi iştirak etmək imkanları yaradır.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol