Şagird uzun müddət təhsildən yayınırsa, direktor polisə məlumat verməlidir - DİN rəsmisi

Uşaq uzun müddət təhsildən yayınırsa, bu barədə məktəb direktorlar polisə məlumat verməlidir. Bunu "Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq" mövzusunda keçirilən konfransın panelində çıxışı zamanı Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova deyib.
"Biz bu istiqamətlə məktəb direktorlarına məktublar ünvanlamışıq. Artıq bir neçə belə hadisənin də qarşısı alınıb. Direktorlar və DİN yaxından əməkdaşlıq etməlidir. Nəticədə erkən ailə qurmaq problemini bu yolla həll edə bilərik", -Kəmalə Ələkbərova deyib.
Dövlət Statistika Komitəsi 2021-ci il də 18 yaşadək analar tərəfindən doğulan uşaqların ümumi sayının 9476 nəfər olduğunu açıqlayıb.
www.anews.az

DSK bildirib ki, 9476 nəfərin 84-ü 16 yaşa qədər olan analar, 341-i 16 yaşlı analar (ümumilikdə 425 nəfər), 1225-i 17 yaşlı olan analar, 2972-i 18 yaşlı analar, 4854-i 19 yaşlı analar tərəfindən doğulanlardır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib