Sənədi olmayan uşaqları məktəbə qəbul etmək mümkün deyil

Sənədi olmayan uşaqların məktəbə qəbul olunması mümkün deyil. Bunu "Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq" mövzusunda keçirilən konfransın panelində Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sualına cavab olaraq Bakı Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
www.anews.az
"Bu Təhsil Nazirliyinin və Bakı Təhsil İdarəsinin tək icra edə biləcəyi məsələ deyil.Bu məsələ ilə bağlı aiddiyatı olan qurumlar uşaqların sənəd almasında iştirak etməlidir.Nəticə olaraq bu uşaqların sənədi alındıqdan sonra məktəbə cəlb olunmalıdırlar"-, Mehriban Vəliyeva bildirib.
Uşaqlar Birliyinin Sədri Kəmalə Ağazadə bildirib ki, hazırda onun sədrlik etdiyi sığınacaqda 18 uşaq təhsildən yayınıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























