• $
  • €
  • ₽
  • ₺
  • £

TQDK bəzi dərsliklərdə ciddi qüsur tapdı

TQDK bəzi dərsliklərdə ciddi qüsur tapdı
11.04.2014 20:35

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası apardığı monitorinq zamanı 6-cı sinif şagirdlərinin hazırda istifadə etdiyi "Həyat bilgisi", "Ədəbiyyat", "Riyaziyyat" dərsliklərində ciddi qüsurlar aşkarlayıb.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, respublikanın ümumtəhsil məktəblərində istifadədə olan, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 6-cı sinif dərslik komplektlərinin elmi-metodiki monitorinqinə oktyabrdan başlanılıb. Monitorinq artıq yekunlaşıb və onun nəticələri Təhsil Nazirliyinə təqdim edilib.E.Nağızadə bildirib ki, Azərbaycan bölməsi üzrə 18 dərslik və 18 müəllim üçün metodik vəsait, rus bölməsi üzrə 15 dərslik və 15 müəllim üçün metodik vəsait - cəmi 66 dərslik və metodiki vəsaitin monitorinqi həyata keçirilib. Monitorinq zamanı dərsliklərin hamısında çatışmazlıqlar aşkar edilib. Ən ciddi qüsurlar həm Azərbaycan, həm də rus bölməsi üzrə "Həyat bilgisi", "Ədəbiyyat", "Riyaziyyat" dərsliklərində olub. Amma ümumiyyətlə, istifadə üçün yararsız olan dərslik və metodiki vəsait aşkarlanmayıb.Komissiya rəsmisi əlavə edib ki, monitorinqlə bağlı müzakirələr yalnız Bakıda deyil, regionlarda da aparılıb. İctimaiyyətin marağı nəzərə alınaraq, həmin müzakirələr TQDK-nın internet saytı vasitəsilə canlı yayımlanıb. Müvafiq dərsliklər üzrə müəlliflər, eyni zamanda orta və ali məktəb müəllimləri və digər mütəxəssislər bu dərsliklərin müzakirəsində iştirak ediblər.E.Nağızadə bildirib ki, hazırda 11-ci sinif dərsliklərinin monitorinqi aparılır. Bu monitorinqin də yaxın zamanlarda yekunlaşması və nəticələrin TN-ə təqdim edilməsi nəzərdə tutulur.Qeyd edək ki, indiyədək I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib. Bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol