• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka Fonduna ayrılan vəsait artırıla bilər

İpoteka Fonduna ayrılan vəsait artırıla bilər
11.04.2014 20:11
Bu gün ölkədə insanların artmaqda olan mənzil ehtiyacını ödəmək üçün dövlət bir sıra addımlar atır, bir sıra sosial layihələr həyata keçirir. Elə dövlət büdcəsindən hər il Sosial İpoteka Fonduna müəyyən miqdarda vəsaitlərin ayrılması da bunun göstəricilərindəndir. Lakin görülən işlər problemin həlli üçün kifayət etmir. Fonddan ayrılan vəsaitin artırılmasına ehtiyac olduğu düşünülür. Bir halda ki, dövlət büdcəsinin son bir il ərzində artaraq 25 milyarda çatdığı bildirilir, bu şəraitdə ipoteka fonduna daha çox vəsait ayrılması mümkün kimi görünməkdədir. Məsələyə ekspert rəyini araşdırdıq. Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirir ki, əslində dövlət ipoteka üçün vəsait ayırmamalıdır. Bu iş özəl kommersiya bankları tərəfindən aparılmalıdır:  "Əslində dünyanın heç bir yerində dövlət büdcəsindən ipotekaya pul ayrılmır. Bir çox xarici ölkələrdə bu iş özəl sektor tərəfindən həyata keçirilir. Demək olar  bütün özəl banklar maraqlıdırlar ki, çoxlu sayda ipoteka kreditləri versinlər. Onlar ipoteka kreditlərini həm aşağı faizlə, həm də uzun müddətə verirlər. Bizdə də son illər bu iş həyata keçirilməyə başlayıb. Lakin dövlət tərəfindən  verilir. Düzdür, prossesi  başlamaq üçün əlbəttə ki, dövlət işə qarışmalıdır. Hər il büdcədən sosial ipoteka fondu üçün müəyyən qədər pullar ayrılır. Amma məsələ bundan ibarətdir ki, ipoteka kreditlərini kommersiya bankları həyata keçirməlidir. Bunun üçün banklar stimullaşdırılmalıdır. Çünki bu gün kommersiya bankları ipoteka kreditlərinin verilməsində bir o qədər də maraqlı deyillər.  Səbəb isə yüksək faizlərdir. Bundan əlavə, bizim banklar  20-30 il kimi uzun müddətli ipoteka verməyə hazır deyillər. Dediyim kimi, əslində bu prosses üçün dövlət büdcəsindən bir qəpik də ayrılmamalıdır. Amma biz buna hələ ki hazır olmadığımızdan, bu işə dövlət qarışır. Dövlət də mümkün olan qədər vəsait ayırır ki, buna heç kəs qarışa bilməz. Əslinə baxsan, dövlətin bu prosses üçün atmalı olduğu tək addım onun gedişatını stimullaşdırmaqdır. Yəni, dövlət gərək elə bir mühit yaratsın ki, həm banklar ipoteka krediti verməyə maraqlı olsun, həm də müştərilər almağa. Məsələn, ipotekaya ayrılan pulları vergidən azad etmək  olar. Onda banklar 1-2% gəliri olsa da,kredit verməyə maraqlı olacaqlar. Çünki heç bir vergi verməyəcəklər. Bundan əlavə, bu gün bankların kredit resursları da artırılmalıdır. Bizdə ipoteka fondu üçün büdcədən pul ayrılır ki, sonra fond onu banklara paylayır. Amma bankın öz resursu olsa, daha çox kredit verə bilər. Həm də uyğun şərtlərlə təqdim edərək daha çox müştəri cəlb edəcək. Onlar işlərini elə tənzimləyəcəklər ki, bundan xeyir götürə bilsinlər. Bizdə ipoteka faizləri də çox yüksəkdir. İpoteka kreditinin faiz dərəcəsi Amerikada 0.5, 1%, Avropada 1.5% olur və s. Bizdə isə 20-25%-ə qədər gəlib çıxır. Ona görə faizlər aşağı salınmalıdır.  Dövlət özü də bu problemin həllində maraqlı olmalıdır. Ən azından ona görə ki, bununla böyük bir sosial problem, mənzil problemi həll edilmiş olar”. İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı isə hesab edir ki, əhalinin mənzil tələbatı üçün həm fonda ayrılan vəsait ayrılmalı, həm də ki, kommersiya bankları ipoteka krediti verməyə cəlb edilməlidir: "Sosial ipoteka fonduna ayrılan vəsaitin büdcədən xüsusi təşkilinin simvolik olmasının təbii ki, əsaslandırılması çətindir. Biz bilirik ki, ölkədə ümumiyyətlə mənzilə ehtiyacı olan əhalinin sayı 400 mindən də çoxdur. Belə olan halda illər ərzində problemlərin həlli üçün dövlət büdcəsindən təxmini 100 milyondan da artıq vəsait ayrılıb. Amma indiki halda ayrılmış vəsait problemin həlli üçün yetərli deyil. Bu baxımdan birincisi, resurs olaraq dövlət büdcəsinin ayırdığı vəsaitlər artırılmalıdır. Vəsaitlər artırılandan sonra ipoteka kreditlərinin artması müşahidə edilə bilər. Bu da son nəticədə ümumilikdə mənzilə ehtiyyacı olan əhalinin tələbatını ödəməyə imkan verə bilər. İkinci variantda isə kommersiya banklarının ipoteka kreditləri verməsi üçün əlverişli  şərait yaradılmalıdır. Əgər kommersiya bankları da bu işə cəlb olunsa, onların imkanları  bu problemin həlli üçün öz tövhəsini verə bilər. Bundan ötrü Mərkəzi Bank vasitəsilə kommersiya banklarının fəaliyyətini tənzimləmə siyasəti elə effektiv olmalıdır ki, onlar doğurdan da ipoteka kreditlərinin verilməsində maraqlı olsunlar. Beləliklə bu iki resurs birləşdirilsə, dövlət büdcəsindən ayrılan vəsaitin artırılması və kommersiya bankları üçün ayrılmış ipoteka resurslarının verilməsi ilə bağlı əlverişli şərait yaradılsa, şübhəsiz ki bu zaman problemlərin həlli yumşaldıla bilər. Hətta digər maliyyə qurumları da bu prossesə qoşularsa, ölkədə mənzilə ehtiyacı ödəmək mümkündür”.//Movqe.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol