• $
  • €
  • ₽
  • ₺
  • £

Erməniləri Azərbaycana dəymiş ziyanı ödəməsinə məcbur etməliyik- Elnur Allahverdiyev

Erməniləri Azərbaycana dəymiş ziyanı ödəməsinə məcbur etməliyik- Elnur Allahverdiyev
18.10.2022 11:55
Erməni dövlətini Azərbaycana dəymiş ziyanı ödəməsinə məcbur etməliyik. Bunu Milli Məclisin bu gün keçirən iclasında çıxışı zamanı deputat Elnur Allahverdiyev deyib.

"Qarabağda hazırda iqtisadi inkişaf gedir. Minaların təmizlənməsi prosesi həyata keçirilir. Təklif edirəm ki, beynəlxalq səviyyədə Ermənistanın Azərbaycana vurduğu ziyanı sürətli şəkildə ictimailəşdirək. Qarabağda dağıdılan binalar, mədəniyyət evləri bir sözlə dəymiş ziyanı Ermənistan ödəməlidir. Sülh müqaviləsi altında bu məsələdən yayınmaq olmaz. Təklif edirəm, bu məsələ aktlaşdırmalıyıq və beynəlxalq məhkəmələr vasitəsilə bu problemi həll etməliyik”, - deputat bildirib. 

Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı deyib ki, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün, təxminən, 30 il və 25 milyard ABŞ dolları lazımdır

"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır”, - prezident bildirib.

Prezident onu da deyib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır.
 
Həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. "Böyük Qayıdış” adlanan proqram artıq başlayıb.
 
Gülnar

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol