Deputat - Təklif edirəm, hər ailəyə 200 dollar verilsin

Neft Fondunda kifayət qədər pul var və mən təklif etmişdim ki, AXC-nin 100 illiyində hər bir şəxsə 100 manat verək. Bunu Parlamentin bu gün keçirilən iclasında deputat Tahir Kərimli çıxışı zamanı deyib.
"Təklif etmişdim hər bir şəxsə 100 manat pul verilsin. Neft Fondunda 55 milyard pul yığılıb. Hesablayanda o pulun heç bir faizi də etmir. Bundan başqa təklif etmişdim ki, 2021-ci il Azərbaycanda doğulan 112 min uşağın hesabına 2000 min manat pul köşürülsün. Bunun üçün büdcədən 224 milyon pul ayrılmalıdır. Başqa bir təklif də etmişdim ki, Azərbaycanda 2 milyon ailə var. Hər ailənin hesabına 200 dollar köçürmək lazımdır. Sosial vəziyyəti çətin olan ailələr üçün bu yaxşı dəstək ola bilər”, - deputat bildirib.
www.anews.az

Tahir Kərimli Azərbaycanda bütün məktəblərdə təhsilin ödənişsiz olmasını da təklif edib. Deputat Finlandiya təhsilini nümənə çəkərək vurğulayıb ki, təhsil ticarət deyil.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib