Ombudsmana yeni səlahiyyətlərin verilməsi I oxunuşda qəbul olunub

Ombudsmana yeni səlahiyyətlər verilməsi qanun layihəsinin I oxunuşunda qəbul olunub.
Layihəyə görə Ombudsman publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (informasiya sahibləri) "İnformasiya əldə etmək haqqında” qnunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə də nəzarəti həyata keçirəcək. Müvəkkilə "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və "Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirmək də həvalə olunur. Eyni zamanda Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.
Digər dəyişiliklərə görə ombudsmanın fəaliyyətinin əsasları sıraya dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi daxil edilir.
Həmçinin insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.) isə şikayəti vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə biləcəklər.
Qanun layihəsinin I oxunuşunda təsdiqlənib ki, dövlət orqanları, bələdiyyələr və digər qurumlar, onların vəzifəli şəxsləri tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsi yolverilməz hesab ediləcək.
Digər dəyişikliklə isə fövqəladə və ya hərbi vəziyyətin, habelə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin elan edilməsi Müvəkkilin fəaliyyətini dayandırmacaq və ya məhdudlaşdırmayacaq.
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə ümumilikdə bir sıra maddələr üzrə dəyişiliklər edilməsi təklif olunub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib