Altı yaşlı uşaq atasını güllələdi

Göyçay rayon Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə xəsarəti alıb.
Bu barədə DİN məlumat yayıb.
Yaralı qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki, onun yaralanmağının səbəbi 6 yaşlı oğlunun ehtiyatsızlıq ucbatından n tir tüfəngindən atəş açması olub.
Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyyə əməliyyatı olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























