• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Məmmədov yalan ifadə verib - MƏHKƏMƏ

Rasim Məmmədov yalan ifadə verib - MƏHKƏMƏ
18.10.2022 13:56
Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu barədə Modern.az məlumat yayıb.

Prosesdə ifadə verən təqsirləndirilən şəxsin şəriki Yusif Hənifəzadə bildirib ki, Rasim Məmmədov məhkəmədə yalan ifadə verib.

Məmmədovun "Baku Steel Company”ni öz pulu ilə alması barədə dedikləri həqiqətə uyğun deyil.

Rasim Məmmədov isə bildirib ki, şəriki ona qarşı ifadə verməyə məcbur edilib:

Prosesdə Rasim Məmmədovun vəkilləri vəsatət qaldırıb

"Xahiş edirik, beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, Rasim Məmmədovun xaricdən gələn vəkilləri və Elçin Sadıqov bu prosesə müdafiəçi qismində buraxılsın. Onların Rasim Məmmədovla konfidensial görüşməsinə imkan yaradılsın”, - o bildirib.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, Elçin Sadıqovun bu prosesdə iştirakı ilə bağlı artıq qərar qəbul edilib və dəyişmir. Əcnəbi vəkillərin prosesdə müdafiəçi kimi iştirakına gəlincə, hakim qeyd edib ki, Azərbaycanda yalnız bu ölkədə vəkillik fəaliyyəti həyata keçirmək səlahiyyəti olan şəxslər müdafiəçi qismində iştirak edə bilər. Bunun üçün Azərbaycanda vəkillik fəaliyyəti həyata keçirməyə səlahiyyət verən sənəd məhkəməyə təqdim olunmalıdır.


 


Daha sonra təqsirləndirilən şəxsin vəkili prosesin audio-video yazısına icazə verilməsi barədə vəsatət qaldırıb.


 


Vəkil həmçinin Rasim Məmmədovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi barədə də vəsatət qaldırıb.




Hakim deyib ki, eyni məsələlər məhkəmənin hazırlıq iclasında da qaldırılmışdı və o zaman münasibət bildirilib.


 


Daha sonra Yusif Hənifəzadə dindirilib.


 


O deyib ki, zavod Rasim Məmmədovun deyil. Onun sözlərinə görə, "Baku Steel Company”nin Rasim Məmmədovdan əvvəlki rəhbərliyi milliyyətcə yəhudi olan iş adamları idi. O bildirib ki, keçmiş dostu böyük pullar qazanmağa başlayandan sonra çox dəyişib, hətta onun telefonlarına cavab verməməyə başlayıb.


"Rasim Məmmədov həm ölkə daxilində, həm də xaricdə müxtəlif şirkətlər yaradır, zavodlar alırdı. Onların vasitəsilə də "Baku Steel Company”ə ziyan vururdu. O şirkətlər hamısı pulyuma vasitəsi idi. O şirkətlərə "Baku Steel”in armaturlarını ucuz verirdi, onlar da üstünə marja qoyub satırdı. Bir şirkətin dövriyyəsi şişən kimi başqasını yaradırdı. 2016-2017-ci illərdə Aktauda zavod tikirdi. "Baku Steel”in kassasında 39-40 milyon borc yaranmışdı, maaşları, işıqpulunu verə bilmirdi”, - şahid bildirib.


 


O qeyd edib ki, R.Məmmədov "yuxarı”ya vermək adı ilə zavodun kassasından çıxan pulları özünə götürüb: "Mən zavodda idim, dedi ki, təcili 350 min lazımdı, çatmalıdı. Orada işçilər düzüb-qoşub düzəltdilər. Həmin gün düşdüm dalınca, onu izlədim, gördüm ki, evinə getdi, başqa yerə yox. Onda başa düşdüm ki, "yuxarı” deyəndə öz evini nəzərdə tuturmuş. Evi axırıncı mərtəbədə yerləşir”.


 


Y.Hənifəzadə deyib ki, 2011-ci ildə "Araz" kinoteatrının binasının satılması məsələsi ortaya çıxanda Məmmədov ona binanı şərikli almağı təklif edib. Söz verib ki, əmlak onun adına olacaq: "3.5 milyon pul verdim. 3 ay sonra gördüm ki, atasının adına alıb”.






İttihama görə, Rasim Məmmədov "Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, məktəb rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, "Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.


 


Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol