• $
  • €
  • ₽
  • ₺
  • £

Polis dedi ki, videonu silməsən, içəri basacağıq - Naxçıvan sakini

Polis dedi ki, videonu silməsən, içəri basacağıq - Naxçıvan sakini
18.10.2022 15:17
Naxçıvanda bəzi tənqidçi sosial şəbəkə iştirakçıları polisə çağırılaraq təhdid olunduqlarını bildiriblər. Bu barədə "Gündəlik Naxçıvan”a onlardan bir qrupu məlumat verib.

Şikayətçilər deyib ki, polis onlardan tənqidi statusları silməyi və bir daha belə paylaşımları etməməyi tələb edir.

Babək rayon sakini Y. Hüseynov deyir ki, su problemi ilə bağlı "Facebook” profilindəki paylaşımdan sonra polisə çağırılıb.

"Əkin sahəmə su verilməməsi ilə bağlı video çəkib paylaşmışdım. Bir gün sonra Babək rayon Polis Şöbəsinə çağırıldım, orada sorğu-sual etdilər. Dedilər ki, bu cür problemləri sosial şəbəkələrdə paylaşmaq Naxçıvanın adına ləkə gətirir, silməlisən. İstədim etiraz edəm, təhdid etdilər. Dedilər silməsən, içəri basacağıq. Məcbur qalıb sildim. Dedilər ki, Naxçıvanın inkişafından, təmizliyindən yaz”.

Şərur rayonundan olan digər şikayətçi bildirib ki, paylaşımından bir neçə saat sonra polis şöbəsinə çağırılıb.

"Problemimlə bağlı "Facebook”da paylaşım etdim. İki saat keçmədi, gəlib həyətimdən polis maşınına mindirib, şöbəyə apardılar. Bir otağa atdılar. Orada bir saata qədər gözlətdilər. Sonra iki nəfər polis əməkdaşı gəlib məni sorğu-sual etdi. Mübahisə etdim. Məni təhqir edib, həbs edəcəkləri ilə hədələdilər. Yazdığım statusu silməyi və bir daha "Facebook”da yazmamağı tapışırdılar”.

Avqustun əvvəlində Babək rayon Nehrəm qəsəbə sakini Qulamhüseyn Məmmədov sədəqə şəklində toplanan pulların yüksək vəzifəli məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı mətbuata açıqlama verdikdən bir müddət sonra saxlanılıb, bir gün sonra psixoloji dispanserə salınıb. Məsələ ictimailəşdikdən sonra o, dispanserdən azad olunub.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol