Ağır yaralanan qazi müalicə üçün Türkiyəyə göndərildi

Ağır yaralanan qazilərdən biri Ələkbərov Ömər Teymur oğlu müalicə məqsədilə Türkiyəyə göndərilib.
www.anews.az
Bu barədə "YAŞAT” Fondu məlumat yayıb.
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib.
Onlardan 155-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























