On məktəblidən biri ailəsindəki heç kimi nümunə kimi görmür - SORĞU

Azərbaycanda 10 məktəblidən biri ailəsindəki heç kimin davranış və şəxsiyyətini nümunə kimi görmür. Bunu barədə Sosial Tətqiqatlar Mərkəzinin açıqladığı hesabatda bildirilib.
8.1% respondent ailədə heç kimi nümunə kimi görmür. Bu da təqribən hər 10 məktəblidən biri deməkdir.
Respondentlərə ailə üzvləri və qohumlarından daha çox kimi özünə nümunəvi şəxs kimi götürmüsən sualları verilib.
Məlum olub ki, məsələn, atanı oğlanların 44,2%-i, qızların isə 21,1%-i seçib. Əksinə, ananı nümunə kimi göstərənlərin 43,1%-i qız, 12,5%-i oğlandır. Eyni qanunauyğunluğu babanı daha çox oğlanların, nənəni qızların seçməsini, daha sonra bibi, xala, əmi, dayı seçimində də görmək olar.
Ümumi faiz göstəricilərində nəzərəçarpan əsas məsələ ata və ananın qazandığı faiz göstəricilərinin digər ailə üzvlərinin qazandığı faizlərdən kəskin fərqlə irəlidə olmasıdır.
Sorğu ümumulikdə 12-16+ yaş aralığında olan məktblilər arasında keçirilib. Ümumilikdə isə sorğu Bakı və Abşeron, Quba-Xaçmaz, Dağlıq-Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran iqtisadi rayonlarını əhatə edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























