Nizam intizam şurasına valideynlər də cəlb olunacaq

Nizam intizam şurasına valideynlər də cəlb olunacaq. Bunu ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Şagirdlərin məktəb daxili nizam-intizam qaydaları" mövzusunda keçirilən təhsil masasında bildirib.
"Nizam intizam şurasına məktəb rəhbərliyi, məktəb komissiyasının bir üzvü, müəllimlər, qərarlara bütün maraqlı tərəflər iştirak edə biləcək. Onların rəyi ilə şagird psixoloqa yönləndirilir. Eyni zamanda sarı xəbərdarlıq məktubu həm valideynə həm də, həm də şagirdin şəxsi işinə qoyulacaq.
Şöbə müdiri həmçinin xəbərdarlıq kağızları ilə bağlı mövzuya da aydınlıq gətirib.
"Ağırlıq dərəcəsinə görə ardıcıl olaraq sarı, narıncı, qırımızı xəbərdarlıq kağızları verilir. Ən sonuncu mərhələ qırmızı məktubda, məktəb rəhbərliyi, məktəb komissiyası müəyyən edir ki, artıq şagird ilə bu səviyyədə çalışmaq heç bir nəticə vermir. Bu halda Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya müraciət olunmalıdır. Bununla da hüquqi prosedur başladılır.
Fərqlənən şagirdlərin şəxsi işinə isə yaşıl kartlar yerləşdilirəcək.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























