• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğanın Zəngilan hava limanının açılışında iştirakı nəyə mesajdır?

Ərdoğanın Zəngilan hava limanının açılışında iştirakı nəyə mesajdır?
19.10.2022 19:13
Oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir. O, Zəngilan hava limanının açılış mərasimində iştirak edəcək. 
 
Politoloq Əziz Əlibəyli Türkiyə prezidentinin Azərbaycana bu səfərini İran, Ermənistan və Rusiyaya mesaj göndərmək məqsədi güddüyünü bildirib. 

"Ərdoğan demək istəyir ki, biz də Ermənistanla sərhədi açacıyıq. Bu zaman quru yolu, dəmir yolu, hava yolu nəzərdə tut ulur.  Zəngəzur dəhlizi Türkiyənin milli maraqları olduğunun mesajını verir. Ərdoğanın Zəngilana gəlməsi həm İrana, həm də Ermənistana bir mesajdır.  İran nə vaxt belə bir addım atsa, Türkiyə onun cavabını verib.  İndiki prosesdə Ərdoğan gəlişi ilə onu göstərmək istəyir ki, Azərbaycan tək deyil. İkincisi,Ermənistan sülh müqaviləsini bağlayıb Zəngəzur dəhlizini verməlidir. Eyni zamanda Rusiya da prosesi gecikirdirməməlidir",  - politoloq vurğulayıb. 
 
Politoloq Elxan Şükürlünün fikrinc isə, Ərdoğanın regiona bu dəfəki səfərinin arxasında heç bir  siyasi mesaj durmur  və bu sadəcə qardaş ölkə liderinin səfəri kimi dəyərləndirilməlidir.
 
"Bəziləri bu  səfəri  İrana mesaj kimi tovsif edir. Məcə bu səhv mövqedir.  Türkiyə  hər zaman Azərbaycanı dəstəkləyib. Qarabağın bərpasında Türkiyə şirkətləri fəal iştirak edir. Odur ki, bu səfər qarda ölkənin liderinin növbəti dəstək  səfəri kimi dəyərləndirilməlidir", -  Şükürlü deyib. 
 
Ərdoğanın açılışında iştirak edəcəyi  Zəngilan hava limanının tikintisinə  2021-ci ilin aprelində başlanılıb.  Zəngilan Beynəlxalq Hava Limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərində inşa edilən ikinci beynəlxalq hava limanı olacaq. Hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.

2020-ci ilin payızında Azərbaycan Silahlı Qüvvələri 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Zəngilan rayonu üzərində nəzarəti geri qaytarıb.  2021-ci ilin fevralında Azərbaycan Prezidenti bəyan etdi ki, Zəngilan rayonunda Logistika Mərkəzinin yaradılması planları nəzərə alınmaqla rayonda beynəlxalq aeroport tikiləcək.
 
Onun sözlərinə görə, Ermənistan və İranla həmsərhəd olan Zəngilan rayonunun coğrafi mövqeyi rayonun nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan verəcək.

2021-ci ilin aprelində gələcək aeroportun təməlqoyma mərasimi keçirilib. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 kilometrdir.  Hava limanı ağır nəqliyyat təyyarələri də daxil olmaqla, bütün növ hava gəmilərini qəbul edə biləcək. 


Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol