• $
  • €
  • ₽
  • ₺
  • £

Siyasi partiya rəhbərləri yeni qanun haqqında NƏ DÜŞÜNÜR?

Siyasi partiya rəhbərləri yeni qanun haqqında NƏ DÜŞÜNÜR?
20.10.2022 18:32
Milli Məclisin payız sessiysına "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi təqdim olunub və oktyabrın 24-də onunla bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək. Yeni qanun layihəsində partiyaların qeydiyyatı, ləğvi və nəzarət mexanizminin müəyyən olunması müzakirə olunur.

Yeni qanun layihəsinə görə, partiya üzvlərinin sayı 10 min olması əsas şərt hesab olunacaq. İndiki qanunla bu say min nəfər üzərində müəyyən olunub. 

Lahiyəyə görə,  siyasi partiyalar iki dəfə ardıcıl  parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməlidirlər. Seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatı  ləğv olunacaq. 

Qanunda həmçinin partiya rəhbərinin 20 il Azərbaycanda yaşaması əsas şərtlərdən biri hesab olunur.

Bəs Azərbaycanda siyasi partiya rəhbərləri qanun layihəsində təklif olunan dəyişiklikəri necə dəyərləndirir?
 
"Müsavat" patiyasının başqanı Arif Hacılının fikrincə, istənilən qanunun təkmilləməyə ehtiyacı var, amma "Siyasi partiyalar haqqında" qanunun yeni versiyası mürtəce xarakter daşıyır, siyasi partiyaların fəaliyyətini məhdudladırmağa yönəlibdir. 

"Azərbaycan hakimiyyətinin təklif etdiyini əlavə və dəyişikliklərdır. Bu dəyişikliklər siyasi partiyaların fəaliyyətini asanlaşdırmaq, çoxpartiyalı siyasi sistemi möhhəmləndirmək yox, əksinə siyasi partiyaların xüsusilə gerçək müxalif partiyaların fəaliyyətinə maneçilik törətmək, siyasi partiyaların üzərində total nəzarətin həyata keçirilməsinə nail olmaq məqsədi güdür. Müsavar partiyası olaraq bildiririk ki, Azərbaycan hakimiyyəti "Siyasi partiyalar haqqında” qanuna belə əlavə və dəyişikliklər etməklə ölkədə çoxpartiyalı sistemi faktiki olaraq ləğv etmək və təkpartiyalı sistem yaratmaq istəyindədir", - Hacılı vurğulayıb. 
 
Bu yeni qanun qəbul edilərsə partiya necə fəaliyyət göstərəcək sualına cavabında partiya rəhbəri bildirdi ki, hələlik partiya rəhbərliyi yeni qanunun qəbul edilməsinə imkan verməmək istiqamətində iş aparır. 
 
"Dəyişiklərin qarşısını almağa çalışırıq və bu istiqamətdə tədbir və akisyalar keçirmişik. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun və xüsusilə Azərbaycan hakimiyyətinin ölkədə demokratik hüquq və azadlıqları təmin edəcəyi barəsində üzərinə öhdəlik götürdüyü beynəlxalq qurumların diqqətinə çatdırmışıq ki, bu qanun Azərbaycanda demokratiyaya, demokratik inustutlara zərbə vuran növbəti bir addım olacaq",  - Hacılı deyib.

"Ana Vətən” partiyasının sədri deputat Fəzail Ağamalı deyir ki, qanunda olan dəyişikliklər Azərbaycanda siyasi partiyaların yerini və rolunu bir az da artıracaq, onlara geniş imkanlar yaradacaq. 

"Qanun layihəsini bəyənməyən bir neçə partiya var. Onların hər zaman fikirləri radikal yönümlü olub. Həmin partiya rəhbərləri qarşılarına hər zaman məqsəd qoyub ki, ən uğurlu addıma belə bir mənfi yanaşma göstərsinlər. Təkliflər komitə iclasında müzakirə edildikdən sonra plenar iclasa çıxarılacaq. Ola bilər ki, müəyyən müddəalar qanun layihəsindən çıxarıla və ya əksinə yeni əlavələr oluna  bilər. Qanun layihəsinin müzakirələrinə qoşulmadan buna etiraz edənlərin heç bir tutarlı arqumenti  yoxdur”, – Ağamalı söyləyib. 

"Azərbaycan Xalq Cəbhəsi Partiyası"nın sədri Əli Kərimli bildirir ki, "Siyasi partiyalar haqqında” yeni qanuna rəhbərlik etdiyi partiya  Paramentin qarşısında keçirdiyi aksiya ilə  münasibət bildirilib.  

"Hesab edirəm ki, Milli Məclis özü də müəyyən mənada başa düşüb ki, bu səhv bir qanun layihəsidir”, - Kərimli vurğulayıb.  

"Ağ Partiya”nın sədri Tural Abbaslının sözlərinə görə, qanuna edilən dəyişikliklərdə çoxlu boşluqlar var. 

"Belə başa düşdüm ki, qanunu hazırlayanların Azərbaycan cəmiyyətinin partiyalara,siyasətə münasibəti haqqında anlayışı yoxdur. Yeni qanunla nəinki çoxpartiyalılıq inkişaf edəcək, əksinə olaraq fəaliyyəti olan 3-5 partiya da fəaliyyətini dayandıracaq. Yeni qanun deyir ki, partiya üzvləri barəsində Ədliyyə Nazirliyinə məlumat verilməlidir. Azərbaycan reallığına baxanda aydın olur ki, bunu heç kim etməyəcək. Kim razı olar ki, hansısa bir müxalif partiyasına üzv olmasını kimsə bilsin? Təsəvvür edin ki, partiyaya üzv olan şəxsin şəxsiyyət vəsiqəsi, fin kodu, yaşayış ünvanı bir sözlə bütün məlumatları Ədliyyə Nazirliyinin məlumat bazasında olacaq. Hərənin qohumu bir vəzifədədir. Bu da insanları çəkindirəcək”, - Abbaslı deyib.

Partiya sədri qanunda təklif olunan  partiyanın ən azı 10 min üzvü olması barədə limiti, üzvlərin hər altı aydan bir yenilənməsini, partiya haqqında Ədliyyə Nazirliyinə şikayət edilməsini, maliyyə məsələsi ilə bağlı salınan müddəaların yanlış olduğunu hesab edir.

"Partiyalar oturub bütün günü üzvlərin siyahısını tərtib edib Ədliyyə Nazirliyinə göndərməklə məşğul olacaqmı? Daha sonra seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların qeydiyyatı ləğv olunacaq. Əgər Mərkəzi Seçki Komissiyası sənin seçkilərini təsdiqləmirsə bu zaman necə olacaq? Hesab edirəm ki, kifayət qədər boşluqlar var. Əgər qanun bu şəkildə qəbul olunarsa fərdi şəkildə siyasətlə məşğul olmaq daha asan olacaq. Bu qanun öz nəzarətlərində olan partiyalardan başqa heç kimə uyğun deyil", - Tural Abbaslı deyib. 

"Milli Cəbhə Partiyası” nın sədri deputat Razi Nurullayevın fikrincə, "Siyasi partiyalar haqqında" qanuna ehtiyac var. 

"Qanunda məni də narahat edən məqamlar var. Məsələn partiya üzvlərinin say limiti ilə bağlı, hesabatlılıq, rayon şöbələri ilə bağlı sənədlərin verilməsi məsələlərinə yenidən baxılmalıdır. Öz təkliflərimi müzakirələrdə təqdim edəcəm. Qanunla bağlı kimi narahat edən məqam varsa təkliflərini verə bilər”, - Nurullayev əlavə edib. 

Qanun layihəsini təqdim edən "İnsan Hüquqları Komitəsi”nin sədri Zahid Oruc deyir ki, bəzi qüvvələr qanun layihəsi ilə bağlı  öz maraqlarına uyğun  cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirlər, əslində isə yeni qanun Azərbaycanın siyasi fəaliyyəti üçün çox yaxşı nəticələr verəcək.

"Hazırda qanunla bağlı iki dinləmə, daha sonra plenar iclasda müzakirəsi nəzərdə tutulub. Bu qanun Venesiya komissiyasının 2010-2020-ci illərdə hazırlanan tövsiyyə sənədinə uyğun olaraq hazırlanıb. Əgər bir partiya rəsmi qeydiyyatda deyilsə gələcəkdə hər hansı seçkidə qalib gəlsə o zaman o partiya necə şəffaf fəaliyyət göstərəcək? Təklif olunan dəyişikliklər bir sıra qərb ölkələrinin qanunvericiliyində var”, - deputat söyləyib. 

Zahid Oruc yeni qanun layihəsində inanələrin nağdsız həyata keçirilməsi ilə bağlı olan dəyişikliyə də aydınlıq gətirib.

"İanələrin nağdsız olması parlament tərəfindən deyil, məhz siyasi qüvvələr tərəfindən təklif olunub. Məqsəd də odur ki, həmin ianələrin kökü bir mənbəyə aid olmasın. Bununla bağlı Venesiya Komissiyasının tövsiyələrində də məlumat var. ABŞ daxil olmaqla bütün qərb ölkələrində bu praktika var. Partiya təsis etmək xalqın gələcəkdə siyasi hakimiyyətini sistemini formalaşdırmaqdır. Buna görə hesab edirəm ki, bu cür proseslər şəffaf və hesabatlılıq əsasında olmalıdır. Azərbaycanda xaricdən eyni mənbədən maliyyələşən və şəffaf olmayan mənbələrin pratikasını görmüşük. Partiyaların maaliyyəsi Azərbaycan insanları vasitəsilə ölkənin içərisində baş verməlidir. Necə ki, Polşa, Almaniya, Belçikada da belədir. Məsələn Amerikada 100 dollar üzərində olan ianələr nağdsız şəkildə aparılır. Lakin Amerikada 100 doların üzərində inaələr qəti şəkildə nağd aparıla bilməz. Bu mütləq şəkildə köçürmələr vasitəsilə icra olunur. Ona görə də burada müəyyənləşmiş müddəların bir qismi onsuzda hazırkı qanunvericilikdə var. Qanunda bir hissəni konteksdən çıxarıb onun əlehinə belə mübarizənin təhlili düzgün hesab etmirəm”, - Zahid Oruc əlavə edib. 
 

"Siyasi partiyalar haqqında" mövcud qanun 1992-ci ilin iyununda İsa Qəmbərin Azərbaycan Respublikası Ali Sovetinin sədri olduğu vaxtda qəbul edilib, sonrakı illərdə bu qanuna müəyyən dəyişikliklər edilib. 
 
Hazırkı qanun dörd fəsil və 22 maddədən ibarətdir. Yeni qanun layihəsində isə siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülüb.
 

Gülnar Nazimqızı 
 
ISTIQAMƏT:5.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol