• $
  • €
  • ₽
  • ₺
  • £

Media Reyestrində qeydiyyatdan keçməmiş KİV-lər məhkəməyə verilə bilər

Media Reyestrində qeydiyyatdan keçməmiş KİV-lər məhkəməyə verilə bilər
20.10.2022 14:40
"Media haqqında" Qanuna əsasən, 6 ay müddətində qeydiyyat üçün Reyestrə müraciət etməyən KİV-lərin aqibətinə Medianın İnkişafı Agentliyinin(MİA) təqdimatı əsasında məhkəmədə baxılacaq. Bunu oktyabrın 14-də qüvvəyə minmiş Media Reyestrinin qaydalarını "Turan"a şərh edən Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyeva deyib.

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni "Media Reyestrinin aparılması Qaydaları"na uyğun olaraq Medianın İnkişafı Agentliyinə müraciət etməlidir. Qeyd olunan müddəa keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır. "Media haqqında" Qanunun 65.4.4-cü maddəsinə əsasən isə, bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq MEDİA Agentliyinə rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsi məhkəmə qaydasında mübahisələndirilir", - MİA rəsmisi bildirib. 

"Turan" yazır ki, "Media haqqında" Qanunda nəzərdə tutulan bu müddəa açıq-aşkar repressiv xarakter daşıyır.

"MİA fəaliyyətə başladıqdan altı ay sonra onun Reyestri MİA-nın daha əvvəl qələmə verdiyi sırf informasiya-statistika resursundan istədiyi KİV-ləri öz sıralarına qəbul edə, istəmədiklərini qəbul etməkdən imtina edə, habelə hakimiyyət tərəfindən cərimələnən KİV-ləri xaric edə bilən cəzalandırma resursuna çevriləcək. Reyestrdən xaric edildikdən sonra isə bu jurnalist kollektivləri, eləcə də qeydiyyat üçün Reyestrə müraciət etməyən əvvəlcədən fəaliyyət göstərən redaksiyalar məhkəmə qarşısına çıxarılacaq", agentlik bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol