Şagirdlərə məktəbə bu əşyaların gətirilməsinə icazə verilməyəcək

Şagirdlərə məktəbə kəsici və deşici alətlər,təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız,
spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunur.
Bu Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan və ictimai müzakirələrə çıxarılan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nda öz əksini tapıb.
bəzi əşyaların gətirilməsi qadağan olunur.
Nazirliyin təlimatında ümumi təhsil müəssisəsinin əmlakı və şəxsi əşyalara qayğı ilə bağlı aşağıdakı qaydalar yerləşdirilib.
- geyim daxil olmaqla, özünün və başqalarının əşyalarının qeydinə qalmalı;
-başqalarının
əşyalarını icazəsiz istifadə etməməli;
-ümumi təhsil müəssisəsi əmlakının və sinif avadanlıqlarının qeydinə qalmalı;
-sinif otaqları, şəxsi dolablar, oyun meydançaları və digər tədris yerlərini təmiz və səliqəli saxlamalı; tullantıları zibil qutularına atmalı;
- ağıllı saat və telefonlar , həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs
zamanı istifadə etməməli;
-sinif otağını və digər tədris məkanlarını növbəti dərs üçün uyğun vəziyyətə gətirməlidirlər
(mebellər və sinif avadanlıqları səliqəli olmalıdır).
Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan
zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi
qanuna əsasən müəyyənləşdirilir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























