Bakıda kütləvi dava, 3 nəfər bıçaqlandı

Bakıda kütləvi dava olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri Enur İsmayılov, Kənan Əliyev, Şaiq Musayev, Anar Gərayev saxlanılıb,
daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























