Deputat İranın Araz çayı ətrafında hərbi təlimlər keçirməsini pisləyib

Millət vəkili Siyavuş Novruzov İranın Araz çayı ətrafında hərbi təlimlər keçirməsini pisləyib. Bu barədə o Parlamentin bu gün keçirlən iclasında bildirib.
"İran niyə Azərbaycan sərhədləri yaxınlığında hərbi təlim keçirir? Bu təlimləri Hind okeanı sahilində, digər ərazilərdə keçirə bilər. Bu artistlik nəyə lazımdır? Təlimlərdə tankla Araz çayını keçməklə məşq edilir? Araz çayını velosipedlə də keçmək olar. 30 il ərzində bu təlimlər niyə keçirilmirdi? Bu addımlarla İran heç kimə hədə-qorxu gələ bilməz. 30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər İmam Mehdinin adından istifadə edirlərsə, İmam Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın, orada ədaləti təmin etsin”, - deputat bildirib.
www.anews.az

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Şərqi Azərbaycan və Ərdəbil vilayətlərindən keçən Araz çayı sahillərində oktyabrın 17-dən hərbi təlimlərə başlayıb.
Hərbi təlimləri SEPAH-ın "Aşura” qərargahı keçirir və prosesin 3 gün keçirilməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib