Laçında 2 nəfər minaya düşüb - Yenilənib

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı Modern.az-a bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.
Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal polis əməkdaşkarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb.
Hazırda onların müalicəsi davam etdirilir

-----
Oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır
‐-------
Laçın rayonunda mina partlayıb.
2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.
İlkin məlumata əsasən, hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.
"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan bildirilib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib