• $
  • €
  • ₽
  • ₺
  • £

Rayonlardan Bakıya gələnlərə bəd xəbər - VİDEO

Rayonlardan Bakıya gələnlərə bəd xəbər - VİDEO
11.04.2014 13:52
Paytaxtda maşınların sıxlığı nəzərə alınaraq rayonlardan Bakıya gələn maşınlar üçün dayanacaqların tikilməsi planlaşdırılır

Bakıya rayonlardan gələn avtomobillərin hərəkətinə qadağa qoyulacaq. Artıq bunun üçün xüsusi layihə hazırlanır.Məhz paytaxtda maşınların sıxlığı nəzərə alınaraq rayonlardan Bakıya gələn maşınlar üçün dayanacaqların tikilməsi planlaşdırılır. Məqsəd isə paytaxtda yaranan tıxacların qarşısının alınmasıdır.Nəqliyyat Nazirliyindən bildirdilər ki, yaradılması nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal-şərq və cənub girişində olacaq. Sürücü avtomobilini dayanacağa təhvil verərək ona lazım olan ünvana ictimai nəqliyyat və ya taksi ilə gedəcək. Bu da ilk növbədə Bakıda tıxacların azalmasına gətirib çıxaracaq.Elə həmsöhbət olduğum sürücülərdə bu yenilikdən bir xeyli məmnun görünürdülər: “Belə olsaydı çox yaxşı olardı. Bu tIxaclardan artıq cana doymuşuq. Şəhərə rahat gedib-gələ bilərik. Bu cür dayanacaqlar tiksələr sevinərik, yollarda açıq olar. Bunlar olsa, çox yaxşı olar. İşdən çıxanda axşam daha da pis olur yollarda hərəkət mümkün olmur”.Yeni layihəyə əsasən rayondan Bakıya gələn şəxs avtomobilini yeni tikiləcək dayanacaqda saxlayaraq müəyyən məbləğdə vəsait ödəyib xüsusi qəbz alacaq. Ona lazım olan gün gəlib avtomobilin götürərək öz rayonuna yolanacaq. Ekspertlər isə deyir ki, bu yenilik ilk növbədə bölgələrdən gələn sürücülərin narazılığına səbəb olacaq. Çünkİ, yer pulu ödəməklə yanaşı taksi pulu, ictami nəqliyyatdan istifadə edilməsi üçün verilən pul.Avtoekspert Azər Allahverənov bildirir ki, başqa bir məsələ odur ki, bəlkə kiminsə bir xəstəsi var. Həmin adam dayanacağa gələndən sonra onu paytaxta çatdıracaq bir mexanizm yoxdur: “Digər bir məsələ isə rayondan paytaxta gələndən sonra həmin adam məcburdur ki, pul verib taksi ilə gəlsin, bu da heç kimin cibinə sərf etmir. Bütün hallarda isə belə bir yeniliyin tətəbiq olunamıs müsbət haldır. Çünki az qala hər bir sürücünün “qara kabus”u olan tıxaclar ən azından azalacaq. Rayonldan gələn vətəndaşların rahatlığını təmin edilməsi üçün isə təbii ki, digər nəqliyyat vasitələrinin yəni metro və avtobusların intensiv işləməsi mütləqdir”.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol