Azərbaycanda 23.6% insan ölkənin ictimai-siyasi həyatı ilə maraqlanmır - Sorğu

Azərbaycanda
23,6%-i vətəndaş ölkənin ictimai-siyasi həyatı ilə maraqlanmır. Bu barədə
Sosial Tədqiqatlar Mərkəzinin açıqladığı hesabatda bildirilib.
Nəticələrə
görə insanların 16,9% ölkənin
ictimai-siyasi həyatı ilə çox maraqlanır, 59,5%-i müəyyən dərəcədə maraqlanır, 23,6%-i ümumiyyətlə maraqlanmadığını bildirir.
İctimai-siyasi
həyata maraq onların gender, təhsil və yaş qrupları üzrə fərqlənir.
Orta təhsilə
malik hər üç nəfərdən biri siyasi məsələlərlə ümumiyyətlə maraqlanmır.
Sorğuda iştirak edən 44,7% insan özünü milliyyətçi
yönümlü partiyalara yaxın hiss edir.
Milliyyətçi partiyalara yaxın hiss edənlərin 29%-i, dini partiyalara yaxın hiss
edənlərin 38%-i, liberal partiyalara yaxın hiss edənlərin 21%-i yaşı 35-ə qədər
olan respondentlərdir.
Rəy sorğusu 1071 nəfər
arasında, 47 inzibati rayon
və şəhərdə keçirilib.
Hazırda Milli Məclisdə "Siyasi partiyalar haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























