69.5% insan ölkədə siyasi partiyaların yaranmasına ehtiyac olmadığını bildirir

Azərbaycanda 69.5% insan yeni siyasi partiyaların yaranmasına ehtiyac duymur. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin açıqladığı sorğunıun nəticələrində qeyd olunub.
20,6% yeni partiyaların yaranmasına ehtiyac olduğu mövqeyindədir.
18-25 yaş qrupunda olanların 37%-i yeni partiyaların yaradılmasının tərəfdarıdır.
Yaşı 65-dən yuxarı olan arasında bu mövqe cəmi 18%-dir.
Nəticələrə görə 39,7%-i ölkədə özünü görmək
istədiyi bir siyasi partiyanın mövcud olduğunu, 54,9%-i mövcud olmadığını ifadə edib, 5,4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Belə
bir partiyanın olduğunu bildirənlərin əsas hissəsi bu istəyini partiya liderinə
olan rəğbəti, partiyanın yaxın əhatəsində tanınması və bəyənilməsi, partiyanın
ideologiya və proqramının ona yaxın olması ilə əlaqələndirib.
Belə
bir partiyanın olmadığını bildirənlərin əsas hissəsi mövqeyini partiyalara olan
etimadsızlığı, partiyaların baxışlarını bölüşməməsi və digər səbəblərlə əsaslandırıb.
Nəticələrə görə 33,6% seçkilərdə
iştirak etməyən partiyaların ləğv olunması mövqeyindədir, 29,8% partiyaların
seçkilərdə iştirak etməsini üzvlərinin siyasi iradəsi baxımından vacib hesab
edir, 21,7% bu hüququn partiyaların öz sərəncamına buraxılmasını vacib sayır.
İctimai-siyasi məsələlər ilə çox maraqlandığını bildirənlərin 40%-i seçkilərdə iştirak etməyən partiyaların ləğv olunmasını, yaxud fəaliyyətinin dayandırılmasını ifadə edir. Seçkilərdə iştirak hüququnu partiyaların öz sərəncamında hesab edən hər üç nəfərdən biri siyasətlə ümumiyyətlə maraqlanmayanlardır.
Milli Məclis yeni "Siyasi partiyalar haqqında" qanun layihəsinə dəyişiklik edilməsi ilə bağlı hazırda dinləmələr keçirir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























