Azad edilmiş ərazilərdə daha 89 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 89 mina aşkarlayıb. Bu barədə ANAMA-dan məlmat verib.
Oktyabrın 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 28 mina və 367 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 381 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























