Partiyalarda üzvlük sayı nə qədər olmalıdır?- SORĞU

23.4% insan partiyalarda üzvlərin sayının necə olmasına münasibət bildirməyib. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin açıqladığı hesabatda bildirilib.
Siyasi partiyalar haqqında Qanunun qəbulundan ötən 30 ildən sonra üzv sayı tələbinin olduğu kimi saxlanılması, yaxud dəyişilməsinə ictimai münasibət öyrənilib.
Respondentlərin 11,9%-i dövlət qeydiyyatı üçün min nəfərə qədər, 20,9%-i min nəfərdən beş min nəfərə qədər, 17,3%-i beş min nəfərdən on min nəfərə qədər üzvün olmasını məqbul hesab edib. 23,4% bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Respondentlərin
50%-dən çoxu yeni partiyaların dövlət qeydiyyatına alınması üçün üzv sayı
artırılarsa, bunun, fəaliyyətdə olan partiyalara da şamil edilməsinin lehinədir.
Onlardan 27,4%-i mövqeyini əks halda bərabərlik prinsipinin pozulacağı ilə əsaslandırır,
26,3%-i fəaliyyətdə olan partiyaların yeni tələblərə uyğunlaşması üçün onlara
müəyyən müddət verilməsi şərti ilə məqsədəuyğun hesab edir.
Hər dörd nəfərdən
biri yeni tələbin köhnə partiyalara şamil edilməməsini dəstəkləyir.
Partiya rəhbərlərinin 20 il ölkədə yaşamalıdır sualına isə cavab olaraq 9.8% bəli cavabı verilib.
15.5% insan bu rəqəmin 15 il olduğunu bildirib, 20.6% insan isə hesab edir ki, 10 il ölkə ərazisində yaşayanlar partiya təsis etmək hüququna malik ola bilər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























