AXCP fəalları aksiya keçirir - CANLI

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirir.
Aksiyada iştirak edənlər sərbəst toplaşmaq azadlığı, siyasi məhbusların azad edilməsi, azad seçkilərin keçirilməsi, əsaslı islahatlar və quru sərhədlərinin açılmasını tələb edir.
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) icra hakimiyyətinin önündə piket keçirilməsini məqsədəuyğun hesab etməyib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, piket üçün nəzərdə tutulan yer təhsil müəssisələrinin yerləşdiyi, nəqliyyatın intensiv hərəkət etdiyi və insan sıxlığının yüksək olduğu ərazi olduğundan orada aksiya keçirilə bilməz. Ona görə də qanunsuz aksiyaya cəhd ediləcəyi təqdirdə qarşısı alınacaq.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























