"Yurd TV"-dən təzə xəbər - YENİLƏNİB

"Bəzi elekron media orqanlarında "Yurd TV"-nin "Region TV" ilə birləşdirilməsi ilə bağlı yayılan xəbərlər əsassızdır".Bunu "Region TV"-nin Media Mərkəzinin direktoru Elnur Şibliyev məlumat verib.E.Şibliyev bildirib ki, "Yurd TV" və "Region TV" bir-birindən tamamilə fərqli media qurumlarıdır: "Yurd TV"nin yayımını internet vasitəsi ilə həyata keçirdiyini nəzərə alsaq, görərik ki, bu kanalın "Region TV" ilə birləşdirilməsi qeyri-mümkündür və absurddur. Bununla bağlı yayılan məlumatlar da heç bir həqiqəti əks etdirmir"."Region TV"-nin rəsmisinin sözlərinə görə, "Yurd TV"-də kifayət qədər peşəkar kadr var: "Təbii ki, "Region TV" də digər telekanallar kimi ehtiyac yaranarsa, həmin işçilərlə əməkdaşlıq edə bilər" ("Azvision.az").ANN.Az
***
10:47
Movqe.az xəbər verir ki, "Yurd TV”-nin adının çəkilməsini istəməyən əməkdaşı dünən axşam televiziyanın bütün əmlakının siyahıya alınaraq maşına yığılaraq aparıldığını bildirib. Onlara deyilib ki, internet TV "Region TV"yə birləşdirilir: "Bizim 10 günlük maaşımızı bu gün verəcəklər. İşçilərdən çoxu "Region TV"yə götürüləcək. Amma deyirlər ixtisarlar da olacaq".Həmçinin "Yurd TV"nin əməkdaşı iki aya qədər "Region TV"nin internet TV kimi yox, telekanal kimi fəaliyyətə başlayacağını da söyləyib. ANN.Az
***
10:11
Azərbaycanda telekanalın bağlanma xəbəri yayıldı.
Milli.Az-a daxil olan məlumata görə, Yurd TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul olunub.
Məsələyə aydınlıq gətirmək üçün Yurd TV-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova ilə əlaqə saxladıq. O, açıqlamasında bildirdi ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib."Hal-hazırda bütün əməkdaşlar işdədirlər", - o əlavə edib.ANN.Az























