Azərbaycan-Rusiya sərhədində 2 mindən çox avtomobil növbə gözləyir

Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur” gömrük postunda yük avtomobillərinin uzun növbəsi yaranıb.
APA xəbər verir ki, gömrük keçid məntəqəsində 2000-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün gözləyir.
"Samur” gömrük postundan verilən məlumata görə, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Qeyd edək ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























