Bakıda yeni ekspress avtobuslar fəaliyyətə başlayır - QİYMƏTİ 60 qəpik olacaq

Bakıda 27 oktyabrdan etibarən yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayır. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Avtobusda gediş haqqı 0.60 qəpik olacaq.
Yeni təşkil edilən xətt üzrə avtobuslar metronun "Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - "Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – "Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.
İlkin mərhələ üçün daşımalara 10 avtobus cəlb edilməsi planlaşdırılıb.
Avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək və bütün dayanacaqlar deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin təlabatı daha çox olan məntəqələrdə dayanacaq.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























