Bakıda lisey şagirdi həmyaşıdları tərəfindən zorakılığa məruz qalıb

Bakıda məktəblinin zorakılığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Belə ki, görüntülərdə bir neçə məktəbli öz həmyaşıdına qarşı etik olmayan hərəkətlərlə zorakılıq edir.
Əldə etdiyimiz məlumata görə hadisə oktyabrın 1-də baş verib və yayılan video ilə bağlı artıq 10 nəfər məsuliyyətlə cəlb olunaraq onlara cinayət işi açılıb.
DİN-dən bu məlumatı anews.az-a təsdiqləyiblər.
Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, sosial şəbəkələrdə yayılan videodan məlumatları var.
"Yayılan videonun iki hissəsi var. Birinci hissəsi ilə bağlı artıq görüntülərdən xəbərimiz var. Bununla bağlı bir necə gün öncə Daxili İşlər Nazirliyinə araşdırması üçün də məlumat göndərmişik", - qurum rəsmisi bildirib.
Əldə etdiyimiz məlumata görə, həmin görüntülərdəki şagirdlər Dəyanət liseyinin şagirdləridir.
Bununla bağlı Dəyanət Liseyinin mövqeyini almaq istəsək də liseyin saytında yerləşdirilən nömrə ilə əlaqə yaratmaq mümkün olmadı.
Liseyin mövqeyi olduğu təqdirdə bunu işıqlandırmağa hazırıq.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























